Astarada 29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Astarada turistlərə bələdçilik edən 29 yaşlı tur rəhbəri bədbəxt hadisə nəticəsində vəfat edib.
Hadisə rayonun Hamuşam kəndi ərazisində baş verib. Lerik rayonunun Günəşli kənd sakini, 1995-ci il təvəllüdlü Rufiz Zamanov kənddə bələdçi kimi fəaliyyət göstərərkən dağlıq ərazidə yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb. Ətrafdakıların köməyi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Zamanov reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun dayısı Azad Rzayevin verdiyi məlumata görə, Rufiz Zamanovu epilepsiya tutub və nəticədə yıxılaraq başından ciddi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.