Benjamin Sesko gələcək karyerası barədə qərar verir.
Offsideplus.az xəbər verir ki, gənc forvarda "Mançester Yunayted" və "Nyukasl"dan təklif gəlib. "Nyukasl" ötən həftə "Leyptsiq" ilə əlaqəyə keçib və həm kluba, həm də futbolçuya təkliflərini irəli sürüb.
"Mançester Yunayted" də 22 yaşlı sloveniyalını heyətinə cəlb etməkdə qərarlıdır və klubla danışıqlar aparır. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.