AZ

İqor Ribeyronun "Neftçi"yə qatılacağı tarix bəlli oldu

"Araz-Naxçıvan" klubunda çıxış edən İqor Ribeyro iyul ayında rəsmi olaraq "Neftçi"yə transfer olunsa da, o, UEFA Konfrans Liqasına vəsiqə qazanan Naxçıvan təmsilçisinin "ağ-qaralar"dan xüsusi icazəsi ilə II təsnifat mərhələsinin son oyununa kimi "qırmızı ağlar"da çıxış edib.

Far.Az xəbər verir ki, Bunu Oxu.Az-a açıqlamasında "Neftçi" klubunun mətbuat katibi Asəf Zeynallı bildirib.

"Komanda bu gün axşam Bakıya qayıdır. İqor Ribeyroda "Neftçi"yə Bakıda qoşulacaq", - deyə A.Zeynallı bildirib.

Seçilən
9
1
far.az

2Mənbələr