Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Senatı yayın sonuna qədər Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, o cümlədən üçüncü ölkələrə məhdudiyyətlər tətbiq etməklə yeni qanun layihəsini qəbul etməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hill” nəşrində dərc olunan məlumatda bildirilib.
“Respublikaçı senatorlar Rusiyaya qarşı sanksiyalarla bağlı genişmiqyaslı qanun layihəsini qəbul etmədən Vaşinqtonu tərk etməyə hazırlaşırlar. Senatın iş sessiyası avqustun əvvəlində başa çatır. Senatorlar bu ay üçün öz ştatlarına səfər edəcək və sentyabrın əvvəlində Vaşinqtonda işə qayıdacaqlar”, - nəşr qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.