Formula 1 üzrə Macarıstan Qran-prisinin təsnifat mərhələsində "Ferrari"nin pilotu Şarl Lekler birinci olub.
90deqiqe.Az xəbər verir ki, monakolu pilot 1:15.372 nəticə ilə poul mövqeyini qazanıb.
İkinci və üçüncü yerləri müvafiq olaraq "McLaren"in sürücüləri Oskar Piastri (+0.026) və Lando Norris (+0.041) tutublar.
Dördqat dünya çempionu və hazırkı titullu pilot Maks Ferstappen ("Red Bull") səkkizinci yerdə qərarlaşıb. Onun nəticəsi liderdən +0.356 saniyə geridə olub.
Yeddiqat dünya çempionu Lyuis Hemilton ("Ferrari") isə yalnız 12-ci nəticə göstərib.
Macarıstan Qran-prisi – Təsnifat mərhələsi nəticələri:
Şarl Lekler (“Ferrari”) – 1:15.372
Oskar Piastri (“McLaren”) +0.026
Lando Norris (“McLaren”) +0.041
Corc Rassell (“Mercedes”) +0.053
Fernando Alonso (“Aston Martin”) +0.109
Lens Stroll (“Aston Martin”) +0.126
Qabriel Bortoleto (“Kick-Sauber”) +0.353
Maks Verstappen (“Red Bull”) +0.356
Liam Lavson (“Racing Bulls”) +0.449
İsak Hacjar (“Racing Bulls”) +0.543