AZ

Azərbaycan idmançısı bürünc medal və 100 dollar qazandı

BAKI. 2 avqust. TELEQRAF

Qazaxıstanın Almatı şəhərində atletika üzrə XXXIV Qosanov Memorialına start verilib.

Teleqraf-ın məlumatına görə, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir.

İlk yarış günündə mübarizəyə qoşulan Azərbaycan atletlərindən Nazim Babayev 7,48 metr uzununa tullanıb. Bu göstərici ilə Babayev beynəlxalq turnirdə 3-cü yeri tutub. Ona bürünc medal və 100 dollar pul mükafatı verilib.

Qeyd edək ki, Nazim Babayev avqustun 3-də üç təkanla tullanma növündə də mübarizə aparacaq.

Seçilən
7
teleqraf.com

1Mənbələr