GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Senatı yayın sonuna qədər Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlı yeni qanun layihəsini qəbul etməyəcək.
Globalinfo.az bildirir ki, bu barədə “The Hill” qəzetində dərc olunan məqalədə deyilir.
Məqalədə qeyd edildiyi kimi, Respublikaçı senatorlar Rusiyaya qarşı sanksiyalarla bağlı genişmiqyaslı qanun layihəsini qəbul etmədən Vaşinqtonu tərk etməyə hazırlaşırlar. Senatın iş sessiyası avqustun əvvəlində başa çatır. Senatorlar bu ay təmsil etdikləri ştatlara gedəcəklər və sentyabrın əvvəlində Vaşinqtonda işə qayıdacaqlar.
“Senatorlar bir aylıq fasilədən əvvəl qanunun qəbul olunmasını istəsələr də, son nəticədə bu barədə qərarı Trampın ixtiyarına veriblər. Ancaq Amerika prezidentinin bunu yerinə yetirəcəyinə demokratlar şübhə ilə yanaşırlar”, – nəşr yazıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.