2025-ci ilin ilk yeddi ayında dünyada ən çox satılan kitabların siyahısı açıqlanıb. Məşhur bestseller platformalarının və nəşriyyat evlərinin məlumatlarına əsasən, oxucular bu il əsasən fantastik romanlar və şəxsi inkişaf mövzulu əsərlərə üstünlük veriblər.
Tribunainfo.az xarici mətbuata istinadən bu ilin indiyədək ən çox satılan 5 kitabını təqdim edir:
1. “Oniks Fırtınası” – Rebecca Yarros
Orijinal adı: Onyx Storm
Fantastika və romantikanın birləşdiyi bu “romantasy” əsəri, “Dördüncü Qanad” (Fourth Wing) seriyasının davamıdır. Yalnız deluxe versiyası ilə 1.1 milyon, standart versiyada isə 178 min nüsxə satılıb.
2. “Əkin Biçinə Doğru Günəş” – Suzanne Collins
Orijinal adı: Sunrise on the Reaping
“Aclıq Oyunları” (The Hunger Games) seriyasının ön söz mahiyyətindəki bu roman qısa müddətdə 700 min nüsxə sataraq siyahıya yüksəlib. Gənc yetkin auditoriyasında böyük maraqla qarşılanıb.
3. “Qoysunlar Gedə” Teoriyası – Mel Robbins
Orijinal adı: The Let Them Theory
Bu şəxsi inkişaf kitabı sərhədlərin qorunması, daxili rahatlıq və münasibətlər mövzusuna toxunur. İlin bestsellerlərindən biri olan bu kitabın 800 minə yaxın nüsxəsi satılıb.
4. “Hələ Tam Ölməmişəm” – Holly Jackson
Orijinal adı: Not Quite Dead Yet
Kriminal və triller janrında yazılmış bu əsər oxucular arasında geniş rezonans doğurub. ABŞ-da son həftələrin ən çox satılan romanlarından biridir.
5. “Qəza” – Freida McFadden
Orijinal adı: The Crash
Psixoloji triller sevənlər üçün yazılmış bu əsər həm fiziki, həm də elektron formatda yüksək satış göstəricisi əldə edib. Sosial mediada da geniş şəkildə müzakirə olunur.
2025-ci ilin ilk yarısı göstərdi ki, oxucular həyəcan, fantastika və şəxsi inkişaf janrına böyük maraq göstərirlər. Bestseller siyahısında yer alan bu kitablar həm yazıçıların şöhrətini artırıb, həm də oxucuların ruhuna toxunmağı bacarıb.
İmran Kərimli