"Turan Tovuz" Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçında qüvvəsini sınayıb.
Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi Albaniyanın “Flamurtari” komandası ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Kurban Berdiyevin komandası daha öncə iki Türkiyə kollektivi ilə qarşılaşıb. Belə ki, "Turan Tovuz" "Çorum" (1:1) və "Keçiörengücü (0:0) ilə heç-heçə edib.
Xatırladaq ki, 29 iyulda “Traktor”la keçirilməsi nəzərdə tutulan yoxlama oyunu komandaların hazırlıq planındakı dəyişiklik və "Turan Tovuz"dan asılı olmayan səbəblərdən baş tutmayıb.