AZ

Netanyahudan qərarsızlıq: HƏMAS razılaşmasa, İsrail ordusu nə edəcək?

Netanyahudan

İsrailin Baş naziri Benyamin Netanyahunun bu həftə ərzində, əgər HƏMAS atəşkəs razılaşmasına razılıq verməsə, İsrail ordusunun Qəzzədəki mümkün addımları ilə bağlı qərar verməyəcəyi bildirilir. Bu barədə “CNN” məlumat yayıb və mənbə olaraq vəziyyətdən xəbərdar olan şəxsi göstərib.“Qərar bu həftə qəbul olunmayacaq”, – deyə həmin mənbə bildirib. Məlumatda qeyd olunur ki, İsrail hökumətində Qəzzədə atılacaq növbəti addımlar barədə ciddi daxili fikir ayrılıqları mövcuddur.Keçən həftə CNN ABŞ və İsrail nümayəndə heyətlərinin Qətərin paytaxtında keçirilən atəşkəs və girovların azad edilməsi üzrə danışıqlardan geri çəkildiyini xatırladaraq bildirmişdi ki, bundan sonra HƏMAS müzakirələrdə iştirakını dayandırıb.Bununla belə, HƏMAS nümayəndəsi Bəsim Nəim CNN-ə açıqlamasında bildirib ki, əgər Qəzzədə humanitar vəziyyət ciddi şəkildə yaxşılaşdırılarsa və İsrail tərəfindən yazılı cavab alınarsa, təşkilat daimi atəşkəs və İsrail ordusunun ərazidən tam çıxarılması barədə danışıqlara qayıtmağa hazırdır.“Qəzzədəki fəlakətli humanitar vəziyyətin ciddi şəkildə yaxşılaşdırılması və düşmənin addımlarımıza yazılı cavab verməsi olduqca vacibdir. Bu, danışıqlara qayıtmaq üçün əsas şərtdir”, – deyə o bildirib.O əlavə edib ki, “aclıq şəraitində danışıqları davam etdirmək mənasız və təsirsizdir”.CNN qeyd edir ki, hazırda Qəzzədəki humanitar böhran səbəbindən sülh danışıqları dalana dirənib. Bu həftə BMT açıqlayıb ki, bölgədəki 2,1 milyon insanın hamısı kəskin ərzaq qıtlığı ilə üz-üzədir və aclıqdan onlarla insan həyatını itirib.Ulusum.az

Diqqət Çəkənlər

ABŞ senatoru Lindsi Qrem: “Rusiya Trampla zarafat etməsin”

Pakistanda 7 yaşlı uşağa terror ittihamı — etirazlar yüksəlir

Tramp Medvedevlə gərginlikdən sonra göstəriş verdi

Seçilən
10
ulusum.az

1Mənbələr