
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə nüvə silahlarına dair danışıqlara başlamalıdır. Bu çağırışla Silahlanmaya Nəzarət Assosiasiyasının (Arms Control Association, ACA) icraçı direktoru Daryl Kimball çıxış edib, – RBK xəbər verir.“Əgər Donald Tramp həqiqətən Rusiya nüvə silahlarından narahatdırsa, o zaman rusiyalı həmkarları ilə ciddi danışıqlara başlamalıdır”, – deyə Kimball bildirib.Onun sözlərinə görə, belə bir dialoqun məqsədi ABŞ və Rusiya arasında nüvə arsenalının məhdudlaşdırılmasının davam etdirilməsi, həmçinin nüvə qarşıdurmasının qarşısını almaq üçün konkret tədbirlərin hazırlanması ola bilər. Kimball əlavə edib ki, aparıcı dövlətlərin heç bir rəhbəri digərinə nüvə hücumu ilə hədə-qorxu gəlməməlidir, çünki bu, qlobal fəlakətə gətirib çıxara bilər.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ senatoru Lindsi Qrem: “Rusiya Trampla zarafat etməsin”
Pakistanda 7 yaşlı uşağa terror ittihamı — etirazlar yüksəlir
Tramp Medvedevlə gərginlikdən sonra göstəriş verdi