AZ

Bu ölkələr Qəzzaya 90 paket humanitar yardım atıb

BAKI, 2 avqust. TELEQRAF

İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Almaniya və Fransa təyyarələri son bir neçə saat ərzində Qəzza zolağının şimal və cənub hissələrinə ərzaqla dolu 90 humanitar yardım paketi atıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) məlumatında deyilir.

Bildirilir ki, yardımlar "siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və İsrail ilə qeyd olunan ölkələr arasındakı əməkdaşlıq çərçivəsində" həyata keçirilib.

SAXAL-ın məlumatına görə, hava yardımları "Qəzza zolağında humanitar yardımın yaxşılaşdırılmasına yönəlmiş tədbirlər silsiləsinin" bir hissəsidir.

"SAXAL Qəzza zolağında humanitar yardımın yaxşılaşdırılması üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışmağa davam edəcək və eyni zamanda Qəzzada qəsdən aclığın yaradılması ilə bağlı yalan iddiaları təkzib edəcək", - İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir.

Seçilən
34
teleqraf.com

1Mənbələr