Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Azərbaycan qazının Suriyaya ixracı ilə Türk dövlətləri enerji diplomatiyasında yeni səhifə açırlar".
Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu "X" sosial şəbəkəsində paylaşıb.
"Azərbaycan qazı artıq Türkiyə vasitəsilə Hələbə çatır. BOTAŞ şirkətinin Kahramanmaraşın Türkoğlu rayonundan başlayaraq Suriyaya qədər uzanan 93 kilometrlik yeni boru kəməri tamamlanıb. Bu infrastruktur vasitəsilə Türkiyə Azərbaycan qazını Kilis vasitəsilə birbaşa Suriyaya ötürür", - o yazıb.
Zorlu qeyd edib ki, bu layihə Suriyada həyatın normallaşmasına kömək edəcək, elektrik istehsalının bərpasını təmin edəcək, regional sabitliyi gücləndirəcək, məcburi köçkünlərin təhlükəsiz qayıdışına şərait yaradacaq.
✔️Türk Devletleri arasındaki enerji diplomasisinin bir örneği daha hayata geçiyor.????Azerbaycan gazı artık Türkiye üzerinden Halep’e ulaşıyor.Enerji ve Tabii Kaynaklar Bakanlığı’na bağlı BOTAŞ tarafından, Kahramanmaraş’ın Türkoğlu ilçesinden başlayıp Suriye’ye uzanan 36 inç…
— Prof.Dr.Kürşad ZORLU (@zorlu77) August 2, 2025
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.