Türkiyənin “Qalatasaray” klubu 2025/2026 mövsümündə geyinəcəyi üçüncü forma dəstini rəsmi olaraq təqdim edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni forma almaniyalı idman brendi "Puma" tərəfindən hazırlanıb.
Klubun paylaşımında vurğulanıb:
“Bu tarixə açılan qapıdan keçən miras əsrləri əhatə edir.”
Xatırladaq ki, “Qalatasaray” ötən mövsüm həm Türkiyə çempionluğunu, həm də ölkə kubokunu qazanaraq dubl etmişdi.
1905-ci ildə qurulan İstanbul klubu, tarixində 25 dəfə Türkiyə çempionu, 19 dəfə ölkə kubokunun qalibi, 17 dəfə isə Superkubokun sahibi olub. Avropada isə “Qalatasaray” 2000-ci ildə UEFA Kubokunu (indiki Avropa Liqası) və UEFA Superkubokunu qazanıb.