Formula 1 üzrə Macarıstan Qran-prisində bu gün sıralama turu baş tutub.
Offsideplus.az xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler 1:15:372 dəqiqə nəticə ilə hamıdan sürətli nəticə göstərib. Bu, monakolu pilotun karyerasında 27-ci poulu olub. Onun komanda yoldaşı Lüis Həmilton ikinci sıralama turunda mübarizəni dayandırıb və sabahkı yarışa 12-ci yerdən start verəcək.
İkinci ən sürətli "Maklaren" pilotu Oskar Piastri, üçüncü isə Lando Norris olub. "Red Bull"dan Maks Ferstappen 8-ci nəticə ilə kifayətlənib.