"Nyukasl" "Sauthempton"un futbolçusu Aaron Remsdeyli transfer edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı qapıçı yeni komandasında icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti bir mövsümlükdür.
Qeyd edək ki, Aaron Remsdeyl "Sauthempton"a ötən ilin yayında "Arsenal"dan keçmişdi.