AZ

Nazir: Türkiyədə prezident seçkiləri 2027-ci ildə keçirilə bilər

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.

“Qarşıdan prezident seçkiləri gəlir. Düşünürəm ki, seçkilər 2027-ci ildə olacaq. Mən belə düşünürəm”, - nazir qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl seçkilərin öz vaxtında - 2028-ci ildə keçiriləcəyini bildirmişdi.

Seçilən
4
13
report.az

10Mənbələr