AZ

Uşaqlara qarşı edilən iyrənc əməllərə SUSMAQ YOXDUR! – QHT rəhbərindən SƏRT AÇIQLAMA

Sosial şəbəkə platformalarında Sabirabad şəhər sakininin 4 yaşlı qıza qarşı intim hərəkətlər etməsi ilə bağlı video yayılıb. Azyaşlı uşağa qarşı törədilən iyrənc hadisə ilə bağlı cəmiyyət arasında haqlı hiddət doğurub. Məsələ ilə bağlı ictimaiyyət nümayəndələri, xüsusilə də qeyri-hökumət təşkilatlarının  rəhbərləri mövqe sərgiləməkdədir.

QHT rəhbəri Fatimə Hacıbəyli bu dəhşətli hadisəyə sərt reaksiya verərək bildirib ki, belə hadisələr cəmiyyətə atılmış ləkədir:

"Azyaşlı uşağa qarşı törədilmiş əxlaqsızlıq faktı hər birimizi silkələməlidir! Bu tək bir ailəyə, bir rayona deyil – bütöv bir cəmiyyətə atılmış ləkədir! Uşaqlara uzanan murdar əllərin heç bir bəhanəsi və bağışlanacaq tərəfi yoxdur!

Bu cür alçaq əməlləri törədənlər nəinki qanun qarşısında, həm də cəmiyyət qarşısında ifşa olunmalı və ləyaqətsiz damğası ilə yaşamalıdır! Biz bu ölkədə uşaqlarımızı qorxaraq yox, güvənərək böyütmək istəyirik!

- Uşağa uzanan əllər qırılmalıdır!

- Bu cür şərəfsizliklə barışmaq, onu susqunluqla izləmək – bir insanlıq cinayətidir!

- Hər kəs məsuliyyət daşıyır – valideyn, müəllim, qonşu, məmur, QHT və hər bir vətəndaş!

Uşaqlar bizim gələcəyimiz deyil, bugünkü məsuliyyətimizdir! Onları qorumaq – borcumuz, şərəfimiz və insanlığımızın ölçüsüdür!

Bu iyrəncliyə qarşı bir olub susmamalıyıq! Səssiz qalan hər kəs, azyaşlı qurbanın çarəsiz baxışlarına cavab verməlidir."

 

Seçilən
23
qht.az

1Mənbələr