Biləsuvar sakini hündürlükdən yıxılaraq ölüb
Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Aşağı Cürəli kənd sakini Cəfərov Vüqar Əligüşad oğlu Xırdalan şəhərində fəhlə kimi çalışdığı hündürmərtəbəli binadan yıxılaraq xəsarət alıb.
O, xəstəxnaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.