AZ

Bakıda 47 yaşlı kişi işlədiyi binadan yıxılaraq öldü

BİLƏSÜVAR, 2 avqust. TELEQRAF

Biləsüvar sakini Bakıda işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ölüb

Teleqraf-ın Cənub bürosu xəbər verir ki,rayonun Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vüqar Əligüşad oğlu Abşeron rayonunun Xırdalan şəhərində çalışdığı çoxmərtəbəli binada işləyərkən yıxılıb.

Ağır xəsarətlər alan V.Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Vüqar Cəfərov tikinti sahəsində fəhləliklə məşğul olurmuş. O, 5 uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
2
teleqraf.com

10Mənbələr