AZ

İnterin ulduzu Türkiyə yolunda

Türkiyənin tanınmış klubu "Beşiktaş" İtaliya nəhəngi “İnter”in hücumçusu Mehdi Taremi ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, Tareminin meneceri onu Türkiyə Super Liqasına təklif edib.

Bu barədə məlumatı İtaliyanın "Corriere dello Sport" nəşri yayıb.

İstanbul klubu futbolçunu icarə əsasında heyətinə qatmaq variantını daha real hesab edir. Qısa müddətli icarə müqaviləsi ilk mərhələdə əsas müzakirə mövzusudur.

Beşiktaş rəhbərliyi Tareminin fiziki gücü, təcrübəsi və hava toplarındakı üstünlüyünü nəzərə alaraq onu hücum xəttinə uyğun namizəd kimi qiymətləndirir.

Qeyd edək ki, iranlı forvadın da Türkiyədə oynamağa müsbət yanaşdığı bildirilir.

Kamil Xudiyev

 

 

Seçilən
14
1
fanat.az

2Mənbələr