AZ

"İnter" "Çelsi"nin futbolçusu ilə danışıqlara başlayıb

“İnter” yay transfer pəncərəsi bağlanmadan hücum xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, “neradzurri” uzun müddət əsas transfer hədəfi kimi izlədiyi “Atalanta”nın futbolçusu Ademola Lukmanın keçidi baş tutmadığından bu variantdan imtina edib.

Bununla əlaqədar “İnter” diqqətini “Çelsi”nin hücumçusu Kristofer Nkunkuya yönəldib. Artıq Milan klubu 27 yaşlı fransalı forvardın agenti ilə ilkin əlaqə yaradıb.

London təmsilçisi də Nkunku ilə yollarını ayırmağa müsbət yanaşır. Futbolçunun özü isə əsas heyətdə müntəzəm forma geyinə biləcəyi komandaya keçmək niyyətindədir.

Transfermarkt portalı Nkunkunun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

 

Seçilən
4
90deqiqe.az

1Mənbələr