Olaylar APA-ya istinadla bildirir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.
Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31