AZ

"Nyukasl" heyətini yeni qapıçı ilə gücləndirib

"Sauthempton"un qapıçısı Aaron Ramşdeyl icarə əsasında "Nyukasl"a keçib.

Operativ Media xəbər verir ki, müqavilə bir mövsümlükdür.

Ramşdeyl 2024-cü ilin yayında Londonun "Arsenal" klubundan "Sauthempton"a keçib. Ötən mövsüm 27 yaşlı ingilis bütün yarışlarda 32 matçda iştirak edib, 68 qol buraxıb və 4 matçsa qapısını qapısını toxunulmaz saxlayıb.

"Transfermarkt" onun bazar dəyərini 16 milyon avro qiymətləndirir.

Seçilən
16
operativmedia.az

1Mənbələr