I Liqa təmsilçisi "Şəfa" "Neftçi"nin ikinci komandası ilə yoxlama matçı keçirib.
Offsideplus.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində baş tutan oyun Neftçi Təlim-Məşq Bazasında baş tutub. Bu qarşılaşmadan "Şəfa" 3:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, daha öncə "Şimal" ilə yoldaşlıq oyunu keçirən "Şəfa" rəqibini 1:0 hesabı ilə məğlub edib.