AZ

Cenk Tosuna Türkiyədən daha bir təklif

ain.az, Fanat saytına istinadən bildirir.

Tanınmış hücumçu Cenk Tosuna Türkiyədən təkliflər gəlməyə davam edir.

Fanat.Az xəbər verir ki, futbolçu üçün "Amedspor" rəsmi təklif göndərib.

Bu barədə məlumatı türkiyəli idman jurnalisti Sercan Hamzaoğlu yayıb.

Lakin 33 yaşlı hücumçu bu mərhələdə "Amedspor"da oynamağın onun karyera planlarına uyğun olmadığını bildirib.

Hazırda azad agent statusunda olan Cenk Tosun karyerasını harada davam etdirəcəyi ilə bağlı dəqiq qərar verməyib. O, həm Türkiyə daxilində, həm də xarici klublardan gələn təklifləri dəyərləndirir.

Qeyd edək ki, Cenk Tosun Türkiyədə "Fənərbağça" və “Beşiktaş” klublarının formasını geyinib və Super Liqada göstərdiyi performansla yadda qalıb.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
fanat.az

2Mənbələr