AZ

Həmidə Ömərova Azərbaycan kinosundan gözləntilərini açıqladı

"Kinomuzda çox böyük dəyişikliklər gözləyirəm. Birinci növbədə Qarabağ mövzusunda, zəfərimiz, insan münasibətlərinə həsr olunan, təkcə komediya deyil, dərindən düşündürən, insanların nəcib hislərini oyadan filmlərin çəkilməsini gözləyirəm".

Teleqraf xəbər verir ki bunu Azərbaycanın Xalq artisti, Kinoaktyorlar Gildiyasının sədri Həmidə Ömərova 2 Avqust - Milli Kino Gününə həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Kinoaktrisanın fikrincə, bədii filmlərin çəkilməsi zamanı yalnız onun kommersiya tərəfi əsas götürülməməlidir.

H.Ömərovanın sözlərinə görə, Milli Kino Günü kino xadimlərinin bir-biri ilə görüşməsi üçün çox yaxşı fürsətdir.

"O qədər azalmışıq ki, bir-birimizi görəndə sevincimizin həddi-hüdudu olmur. Həqiqi bayram onda olur ki, köhnə dostlar, tərəf müqabilləri görüşüb ürəkdən söhbət edirlər. Şükürlər olsun ki, salamatıq, azad və qalib ölkədə fəaliyyət göstəririk" - aktrisa söyləyib

Seçilən
4
teleqraf.com

1Mənbələr