AZ

Son “Tottenhem”dən ayrılacağını açıqladı

 “Tottenhem”də çıxış edən Hın-Min Sonun gələcəyi ilə bağlı məsələyə aydınlıq gəlib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə jurnalistlərə açıqlama verib.

“Bu yay bu klubdan ayrılmaq qərarı aldım. Klub bu qərarı verməyimdə mənə dəstək oldu. Bu, karyeram boyunca verdiyim ən çətin qərar idi. Çünki “Tottenhem”də hər şeyi qazandım və artıq yeni bir çağırışa ehtiyac duyuram. 10 ildir buradayam. Möhtəşəm azarkeşlərimiz var və burada çoxlu gözəl xatirələrim qalıb. Düşünürəm ki, inkişaf etməyim üçün yeni bir mühit lazımdır. Sanki bir az dəyişikliyə ehtiyacım var. Güman edirəm ki, ayrılmaq üçün doğru zamandır. Ümid edirəm, hər kəs bunu anlayışla qarşılayacaq və hörmət edəcək,” – deyə, cənubi koreyalı futbolçu bildirib.

Son ayrılıq qərarını açıqladıqdan sonra göz yaşlarını saxlaya bilməyib.

2015-ci ildə “Bayer Leverkuzen”dən transfer olunan 33 yaşlı hücumçu “Tottenhem”in heyətində 454 oyuna çıxıb, 173 qol vurub və 101 məhsuldar ötürmə edib. O, ötən mövsüm Avropa Liqasında əldə olunan çempionluqla London klubundakı ilk kubokunu qazanmışdı.

Məlumata görə, Sonla Türkiyədən “Fənərbağça” və MLS klublarından “Los-Anceles” maraqlanır.

Seçilən
10
90deqiqe.az

1Mənbələr