Fələstin hərəkatı HƏMAS, İsrail işğalı davam etdiyi və fələstinlilərin hüquqları tam bərpa olunmadığı müddətcə silahı yerə qoymayacağını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi Telegram kanalında yayımlanan bəyanatda bildirilir.
“Silahlı müqavimət işğal davam etdiyi müddətcə bizim milli və qanuni hüququmuzdur. Bu hüquq beynəlxalq konvensiyalar və normalarla tanınır və ondan imtina etmək mümkün deyil – ta ki, milli hüquqlarımız, ilk növbədə Şərqi Qüdsü paytaxt olaraq tanıyan, tam suveren və müstəqil Fələstin dövlətinin yaradılması hüququ bərpa olunana qədər,” – bəyanatda xüsusi olaraq vurğulanır.
HƏMAS-ın Qəzza sektorundakı lideri Xəlil əl-Heyya iyulun 27-də bildirib ki, blokada şəraitində İsraillə danışıqlar aparmaq mənasızdır. Buna qədər İsrailin baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohada iyulun 6-dan bəri davam edən Qəzza münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak edən İsrail nümayəndə heyətinin geri çağırılması barədə göstəriş vermişdi.
Bu qərar HƏMAS-ın atəşkəs təklifinə verdiyi cavabdan sonra qəbul olunub.
Öz növbəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff X sosial şəbəkəsində yazıb ki, Vaşinqton da “HƏMAS-ın son cavabı Qəzzada atəşkəsə nail olmaq istəklərinin olmadığını aydın şəkildə göstərdiyi üçün” danışıqlarda iştirak edən amerikalı nümayəndələri Dohadan geri çağırmaq qərarına gəlib.
Buna cavab olaraq, fələstinli radikallar Uitkoffun bu qiymətləndirməsi ilə razılaşmadıqlarını bildiriblər və qeyd ediblər ki, digər vasitəçilər guya onların təqdim etdiyi cavabı müsbət və konstruktiv qiymətləndirib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta