AZ

5 qələbə, 21 qol – pis deyil!

Azərbaycan klubları avrokubokların cari mövsümündə artıq 10 oyun keçirib.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”ın ümumi statistikası belədi: 10 oyun, 5 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, topların fərqi – 21:13.

Avrokuboklarda qələbə sayını 151-ə, qol sayını 520-yə çatdırmışıq. Bəs 21 qol azdı, yoxsa çox? İlk 16 mövsümdə (1994/95 – 2011/12) maksimum qol sayımız 16 olub. Amma sonrakı mövsümlərdə vəziyyət dəyişib. 21-dən çox qol vurduğumuz mövsümlər:

2012/13. 22 5 11 6 29-26

2014/15. 24 9 6 9 27-27

2015/16. 34 8 14 12 28-36

2016/17. 34 11 7 16 38-42

2017/18. 24 10 5 19 28-29

2019/20. 24 9 5 10 40-34

2021/22. 26 9 7 10 29-41

2022/23. 24 9 6 9 33-29

2023/24 28 13 5 10 48-44

2024/25. 28 9 3 16 40-51

“Sabah”la “Araz-Naxçıvan”ın hərəyə ən azı iki oyun keçirəcəyini, “Qarabağ”ın isə ən azı Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacağını nəzərə alsaq, 2023/24 mövsümündə qeydə alınan qol rekordunun (48) yenilənməsi tam mümkündü.

ORXAN

Seçilən
9
football-plus.az

1Mənbələr