AZ

Dünyanın ən güclü smartfonları açıqlandı


“AnTuTu” tərtibatçıları iyulun sonuna olan ən güclü on “Android” smartfonunun siyahısını tərtib ediblər.
Yeniavaz.com
xəbər verir ki, ilk onluğa oyun “Nubia RedMagic 10S Pro+” başçılıq edir.
Onun performansı “Snapdragon 8 Elite” çipinin “overclock” edilmiş versiyası ilə təmin edilir və bunun sayəsində qadcet “AnTuTu”da orta hesabla 2,94 milyon xal toplayır.
Ondan sonra “Vivo X200 Ultra” (2,89 milyon) və “iQOO Neo10 Pro+” (2,88 milyon) gəlir - hər iki model “Snapdragon 8 Elite” prosessorunun əsas versiyası ilə təchiz olunub.
Dördüncü yeri “MediaTek Dimensity 9400+” çipi ilə “Vivo X200s” (2,86 milyon) tutub. Həddindən artıq sürətlənmiş “Snapdragon 8 Elite” ilə “Honor GT Pro” (2,85 milyon), adi “Snapdragon 8 Elite” ilə “OnePlus Ace 5 Pro” (2,72 milyon) və “OnePlus 13” (2,7 milyon) beşinci-yeddinci yerdədir.
İlk 10-luğu “Snapdragon 8 Elite” çipi ilə flaqman “iQOO 13” (2,68 milyon), “AnTuTu”da orta hesabla 2,66 milyon xal toplayan “Dimensity 9400+” çipli “Redmi K80 Ultra” və “Oppo Find X8 Ultra” (2,6 milyon) tamamlayır.
Seçilən
4
1
yeniavaz.com

2Mənbələr