AZ

Azərbaycan və Suriya potensial layihələri müzakirə edib » AzadMedia.az


Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir ilə görüşümüzdə Azərbaycandan Suriyaya təbii qaz nəqlinin regional əhəmiyyətini qeyd etdik.

İkitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri, enerji əməkdaşlığının inkişafını və potensial layihələri nəzərdən keçirdik", - M. Cabbarov qeyd edib.
Seçilən
82
14
azadmedia.az

10Mənbələr