AZ

Emin Ağalarov Bakıda Avropanın ən böyük kazinosunu açacaq

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bakıda Avropanın ən böyük kazinosu tikilir".

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xalq artisti, iş adamı Emin Ağalarov "Sea Breeze" çimərliyində tikiləcək kazinodan danışarkən bildirib.

Onun sözlərinə görə, sahəsi 90 min kvadratmetrdən çox olacaq kazino xarici turistləri ölkəmizə cəlb edəcək, turizmi qış mövsümündə də ayaqda saxlayacaq və yüksək maaşlı iş yerləri yaradılmasına xidmət edəcək.

"Tavanının hündürlüyü 40 metr olan zalda 100-dən çox oyun masası və 1 500-dən çox oyun avtomatı olacaq. Kazino, həmçinin dünyanın müxtəlif ölkələrindən üç-beş min qonağı cəlb edəcək beynəlxalq poker turnirlərinə ev sahibliyi edə biləcək.

Kazino ətrafında 10 brend hotel, kazinonun özündə isə kiçik konsert zalı olacaq. Təkcə bir kazino daxili bazara ildə 150 milyon dollardan çox pul xərcləyəcək.

Bu sahədə böyük planlarımız var. Bu layihənin reallaşması üçün bütün mərhələlərdə təsdiq və icazələrin alınmasını gözləyirik", - deyə Emin Ağalarov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
6
oxu.az

7Mənbələr