ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xankəndi ilə bağlı iddialı təkliflərlə çıxış edib. O, separatizmin rəmzinə çevrilmiş “Biz və bizim dağlar” abidəsinin sökülməsini, onun yerində isə Azərbaycan əsgərinin şərəfinə möhtəşəm abidənin ucaldılmasını təklif edib. Q.Həsənquliyevin fikrincə, erməni separatçıları tərəfindən 1988-ci ildən tikilən istənilən abidə sökülməlidir.
Deputat həmçinin Xankəndinin ölkənin ikinci paytaxtı elan olunmasının vacibliyini vurğulayıb.
Globalinfo.az-a danışan deputat Fəzail İbrahimli Xankəndidəki erməni izlərinin tamamilə aradan qaldırılmasını vacib hesab etdiyini bildirib.
O, deputat Qüdrət Həsənquliyevin Xankəndidə yerləşən “Biz və bizim dağlar” abidəsinin sökülməsi ilə bağlı təklifini dəstəklədiyini deyib:
“Xankəndidə eybəcər görüntülər var və bunlar təbii olaraq oradan götürülməlidir. Erməni xalqı tariximizdə Xocalı kimi bir qətliam törədib. Dəfələrlə demişəm, yenə də təkrar edirəm: bəzi xalqlar arasında münaqişə zamanla unudula bilər, amma ermənilərin bizə qarşı törətdiyi vəhşiliklər o qədər dərin izlər qoyub ki, biz bu ağrıları hər il yenidən yaşayırıq”.
Deputatın sözlərinə görə, Azərbaycan tarixində erməni vəhşilikləri təqvim boyunca iz buraxıb:
“Yanvar faciəsi ilə ili qarşılayırıq. Fevralda Xocalı soyqırımı, martda 1918-ci il qırğınları, apreldə istiqlalımızın itirilməsi və Kəlbəcərin işğalı baş verir. Mayda Şuşa və Laçın, ardınca digər ərazilər işğal olunur.
Həmçinin oxuyun:
Yeni deputatların adları açıqlandı – YEKUN SİYAHI
Fəzail İbrahimli
İyul, avqust aylarında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan işğal edilib. Oktyabrda Qubadlını itirmişik. Noyabr isə helikopter faciəsi ilə tamamlanır. Təqvimdə elə bir ay yoxdur ki, orada ermənilərin törətdiyi bir faciə yaşamamış olaq. Düzdür, burada rus faktoru da danılmazdır, amma işi icra edən ermənilər olub. Bu qədər acı yaşamış bir xalq niyə hələ də erməni izlərini görməlidir? Azərbaycan ərazisində separtizmə, erməni işğalçılarına aid nə simvol varsa, silinməlidir! Bu xalqın yaddaşına az da olsa hörmət qoyulmalıdır”.
Fəzail İbrahimli bu prosesə “mədəni irsin dağıdılması” kimi baxanlara da münasibət bildirib:
“Onsuz da bizə qarşı daim ikili standartlarla yanaşılır – istər yaxşı, istər pis addımlarımızda. Ona görə də bu məsələni mədəniyyətin dağıdılması kimi təqdim edənlər gerçək niyyətlərini gizlədirlər. Bu, separtizmdən qalan əlamətlərin silinməsi kimi qəbul edilməlidir. Ona qalsa Bakının mərkəzində erməni kilsəsi qalır. Azərbaycan dövləti oranı öz vəsait ilə təmir etdirib”.
Deputat həmçinin Xankəndinin ölkənin ikinci böyük şəhəri elan olunması məsələsinə də münasibət bildirib:
“Qüdrət Həsənquliyevin abidə ilə bağlı təklifini dəstəkləyirəm. Amma şəhərin ikinci paytaxt statusu alması üçün onun iqtisadi göstəriciləri, infrastruktur imkanları, strateji çəkisi nəzərə alınmalıdır. Məsələn, Sumqayıt və Gəncəyə bu status elə-belə verilməyib. Əgər Xankəndi bu göstəricilərə cavab verərsə, ikinci böyük şəhər elan olunması müsbət addım olar”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.