AZ

“Nyukasl”la oyunda “Tottenhem”in kapitanı olacaq

“Tottenhem”inin baş məşqçisi Tomas Frank, 3 avqust tarixində “Nyukasl”a qarşı keçiriləcək yoldaşlıq görüşündə komandanın kapitanının kim olacağını açıqlayıb.

90deqiqe.Az-ın "Football.london"a istinadən məlumatına görə, mütəxəssis, Cənubi Koreya futbolçusu Son Xın Minin bu oyunda komandaya kapitanlıq edəcəyini bildirib.

“Tamamilə aydındır ki, Son meydana kapitan sarğısı ilə çıxacaq və komandaya liderlik edəcək”

Xatırladaq ki, 33 yaşlı futbolçu daha öncə yay transfer pəncərəsində “Tottenhem”i tərk edəcəyini açıqlamışdı. O, kluba 15 il xidmət etdikdən sonra ayrılmaq qərarına gəlib. Hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədə olan futbolçunun bazar dəyəri Transfermarkta görə 20 milyon avrodur.

Seçilən
7
90deqiqe.az

1Mənbələr