AZ

Vitkoff: HƏMAS ilə danışıqlarda irəliləyişdən xəbərim yoxdur

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff bildirib ki, HƏMAS ilə girov danışıqlarında irəliləyişlə bağlı heç bir xəbəri yoxdur.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail KİV-i onun Təl-Əvivdə girovların ailələri ilə görüşündə söylədiyi sözlərə istinadən məlumat yayıb.

"Sizin məyusluğunuzu eşidirəm. Mən başa düşürəm ki, siz onların evə gəlməsini istəyirsiniz; Uşağımı itirdiyim üçün qismən burada işləyirəm. Mən uşaq itirməyin nə demək olduğunu bilirəm. Kaş ki, sizə xəbərim olaydı. Amma vəziyyət mürəkkəbdir. səsləndirə, sizə söyləyə bilmədiyim bir çox səbəb var. Əsasə maneə isə Həmas terror təşkilatıdır”, - deyə o bildirib.

Vitkoff qeyd edib ki, ABŞ prezidenti Donald Tramp girovlarla çox maraqlanır və onun missiyası hamını evlərinə qaytarmaqdır. "Görünür, HƏMAS sözünün üstündə durmur. Onlarla danışıqlar gərgin keçdi və indi biz düşünürük ki, "ya hər şey, ya da heç nə" prinsipi ilə hərəkət etməliyik", - deyə o əlavə edib.

Bundan əvvəl Vitkoff Təl-Əvivdə girovların ailələrinə bildirmişdi ki, israillilərin və qəzzalıların əksəriyyəti Həmas tərəfindən saxlanılan girovların vətənə qaytarılmasını istəyir. "İsraillilərin əksəriyyəti girovların evlərinə dönməsini, eyni zamanda Qəzza əhalisinin əksəriyyəti də girovların geri qaytarılmasını istəyir, çünki onlar anklavın yenidən qurulmasını istəyirlər", - deyə o əlavə edib.

Girov və itkin düşmüş şəxslərlə bağlı Forumdan verilən məlumata görə, görüş iki saata yaxın davam edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
icma.az

1Mənbələr