AZ

Asensio bu klubun təklifini "mən "Fənərbağça"ya söz vermişəm" deyərək rədd etdi

İspaniyalı ulduz futbolçu Marko Asensio yay transfer pəncərəsində “Benfika”nın rəsmi təklifini rədd edib.

Fanat.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Portuqaliya nəhəngindən aldığı təklifi “Fənərbağça"ya söz vermişəm” ifadəsi ilə geri çevirib.

Bu barədə məlumatı "Aspor" yayıb.

Klub rəhbərliyi oyunçunun transferi üçün həm maliyyə, həm də layihə baxımından cəlbedici şərtlər təqdim etsə də futbolçu artıq Türkiyə təmsilçisi ilə razılığa gəldiyini bildirib.

Qeyd edək ki, "Fənərbağça" Asensio ilə razılığa gəlmişdi və rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Kamil Xudiyev

Seçilən
20
1
fanat.az

2Mənbələr