Niderlandlı yarımmüdafiəçi Xavi Simons “Leypsiq”in son məşqində iştirak etməyib.
90deqiqe.Az-ın məlumatına görə, futbolçunun yoxluğu onun “Çelsi” klubuna mümkün transferi ilə əlaqədardır. Klublar arasında danışıqlar davam edir və yay transfer pəncərəsi çərçivəsində razılaşmanın yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Simonsun alman klubu ilə olan müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. “Leypsiq” futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir.
21 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümündə “Leypsiq”in heyətində 33 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.