AZ

Cəlilabadda müəllim qəzada həyatını itirdi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ötən gün Cəlilabad rayonunda yük avtomobilinin aşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsində ölən şəxs müəllim imiş.

Oxu.Az xəbər verir ki, qəzada ölən 1993-cü il təvəllüdlü Cavid Hüseynov müəllim olaraq çalışıb.

O rayonun Alçabulaq kənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi olub. Mərhum ailəli olub, ondan geriyə iki övladı qalıb.

Qeyd edək ki, qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Aqil Vəlili

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
oxu.az

1Mənbələr