AZ

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib - YENİLƏNİB

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür. Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

16:48

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətər edən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaratəpə kənd sakini, 1961-ci il təvəllüdlü M.Hüseynovun azyaşlıya qarşı əxlaqsız hərəkətər edən videogörüntüsü yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, həmin şəxs – 1961-ci il təvəllüdlü M.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Fatla bağlı araşdırma aparılır.

Sabirabadda
Seçilən
32
24
apa.az

10Mənbələr