Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Nəqliyyat vasitəsini qadının, yoxsa kişinin daha yaxşı idarə etməsi çox ölkədə müzakirə mövzusudur. Azərbaycanda söhbət təkcə avtomobildən gedirsə, Qərbdə bu sıraya qatar, tramvay və təyyarə də qoşulur.
Avtosfer.az xəbər verir ki, Kanadanın Vaterloo Universitetinin əməkdaşları ekstremal şəraitdə təyyarənin idarə edilməsi üçün test keçiriblər. testdə uçuş təcrübəsi 300 saatdan çox olmayan 10 kişi və 10 qadın pilot iştirak edib. Simulyatorda qəza vəziyyəti imitasiya olunub.Məlum olub ki, qadınlar ekstremal hallarda daha təmkinli davranıblar. Sönmüş mühərriklə eniş zamanı qadın pilotlar “təyyarəni” daha ehtiyatla uçuş zolağına endirməyi bacarıblar.
Bir sözlə, aslanın erkəyi, dişisi olmaz.
Vüqar Yaşaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.