AZ

Azərbaycan banklarının xalis xarici aktivləri iyunda 12 %-dən çox azalıb

Bu ilin iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 120 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 12,3 %, ilin əvvəli ilə müqayisədə 1,8 % az, ötən ilin iyulun 1-nə nisbətən isə 5,4 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 22 milyard 348 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 20,7 % çox, ilin əvvəli ilə müqayisədə 12,4 % çox, ötən ilin eyni dövrünə nisbətən isə 10,1 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 56 milyard 734 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Seçilən
17
report.az

1Mənbələr