AZ

Rusiyadan Qarabağ ermənilərinə yeni hədiyyə

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Masis icmasının Azataşen, Ərqəvənd, Geqanist və Arbat qəsəbələrində yaşayan Qarabağ ermənilərindən ibarət 100-ə yaxın ailəyə Rusiyadan humanitar yardım göndərilib. 

Globalinfo.az xəbər veri ki, Rusiya Humanitar Missiyası məlumat yayıb.

Məlumata görə, yardım bağlamalarında qida, gigiyena məhsulları və uşaq qidaları var.

Missiya bu cür yardımlar sayəsində “ehtiyacı olan insanlara unudulmadıqları hiss etdirdiklərini” bildirib.

Rusiyanın Qarabağ ermənilərinə humanitar yardımları davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, məhz son zamanlarda Bakı və Moskva arasında davam edən gərginlik fonunda belə bir addımın atılması və qabardılması diqqət çəkir. Rusiya bundan öncə də Qarabağ erməniləri ilə bağlı müxəlif “humanitar kampaniya”lar həyata keçirib. Lakin hökumətyönlü erməni ekspertlər də bu kimi addımların Bakı ilə gərginlik fonunda xüsusi məqsəd daşıdığını diqqətə çatdırırlar.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
globalinfo.az

1Mənbələr