AZ

“Karvan-Yevlax” “Ayaks”ın yetirməsini aldı

 

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" klubu niderlandlı sağ cinah müdafiəçisi Şaquill Snonu heyətinə qatıb.

Sitat.info xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunun formasını geyinib. "Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.

 

Seçilən
17
11
sitat.info

10Mənbələr