“Venesia”nın kapitanı Cey İdzes İtaliya A Seriyasında klubunu dəyişə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı müdafiəçinin xidmətində üç İtaliya klubu — “Sassuolo”, “Verona” və “Torino” klubları maraqlıdır.
Məlumata görə, hər üç klub həm futbolçu, həm də “Venesia” ilə ilkin danışıqlar aparıb. “Verona” yalnız İdzeslə maraqlanırsa, “Sassuolo” eyni zamanda müdafiəçi Fali Kandenin də keçidini reallaşdırmaq istəyir. “Torino” isə İdzesi gənc hücumçu Mattia Oristanionun transferinə daxil edə biləcək bir hissə kimi nəzərdən keçirir.
Futbolçunun transfer dəyəri təxminən 10 milyon avro olaraq qiymətləndirilir.
İdzes Niderlandda doğulsa da, İndoneziya yığmasının şərəfini qoruyur. O, ötən mövsüm klub səviyyəsində 37 oyunda iştirak edib, 2 qol vurub və 5 sarı vərəqə alıb. “Venesia” isə mövsümün sonunda A Seriyasını tərk edərək sonuncudan əvvəlki pillədə qərarlaşıb.