AZ

ABŞ-də silahlı insident - Ölənlər var

ABŞ-də - Montananın Anakonda şəhərində dörd nəfərin həyatına son qoyan faciə baş verib. Belə ki, yerli barın daimi müştərisi Pol Braun gözlənilmədən müəssisədəkilərə atəş açıb. Hadisə nəticəsində dörd nəfər həlak olub.

Day.Az-ın verdiyi məlumata görə, bu barədə CNN telekanalı xəbər yayıb.

Barmen bildirib ki, Braun müntəzəm olaraq bara gəlsə də, digər daimi müştərilər kimi kollektivin bir hissəsi olmayıb.

 

Bununla yanaşı, o vurğulayıb ki, şübhəli şəxslə digər müştərilər arasında münaqişə və ya fikir ayrılığı müşahidə edilməyib.

"O, sadəcə özündən çıxdı", - deyə bar sahibi Devid Qverder baş verənləri şərh edib.

Braunun axtarışları davam etdirilir. Hadisənin başvermə motivləri araşdırılır.

Seçilən
9
2
day.az

3Mənbələr