ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Azərbaycanda fermerlərin əkib-becərdiyi məhsullar, xüsusən də pomidor sahələrdə qalaraq çürüyür. Alıcı olmadığı üçün minlərlə manat xərclə yetişdirilən məhsullar tələf olur, kəndli isə ziyanla üzləşir. Halbuki bu cür risklərə qarşı sığorta sistemi mövcuddur. Fermer təsərrüfatlarının məhsulları müəyyən hallarda dövlət dəstəyi ilə sığortalanır, zərər hallarında isə ödənişlər həyata keçirilir.
Lakin bu mexanizm hələ də geniş tətbiq edilmir. Əsas səbəblər arasında fermerlərin məlumat azlığı, sistemə inamsızlıq və dövlətin izahedici təşviqat işlərinin zəifliyi dayanır. Avropa ölkələrində bu sistem fermerlərin əsas dayağına çevrildiyi halda, Azərbaycanda hələ də sığorta anlayışı istisna kimi qalır. Mütəxəssislərə görə, vəziyyətdən çıxış yolu yalnız bu mexanizmi geniş yaymaq və fermeri risk qarşısında tək buraxmamaqdır.
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda fermerlərin məhsullarının sığortalanması üçün mexanizm mövcuddur.
Onun sözlərinə görə, hazırda dövlət tərəfindən sığorta haqqının təxminən 50 faizi qarşılanır:
Həmçinin oxuyun:
Azərbaycanda bu şəxslər böyük ziyana düşüb – sabiq deputat çağırış etdi: məmur monopoliyası…/VİDEO
Natiq Cəfərli
“Əgər fermer məhsulunu qanuni şəkildə sığortalayıbsa və zərər baş veribsə, ödəniş nəzərdə tutulur. Məsələn, ötən il bir sıra fermerlərə sığorta pulu ödənilib. Lakin bu sistem geniş istifadə olunmur. Fermerlərin ya bu barədə bilgisi yoxdur, ya da sığorta sisteminə inamları zəifdir”.
Natiq Cəfərli deyib ki, Avropa ölkələrində əksər fermerlər mütəmadi olaraq sığorta müqavilələri bağlayır və dövlət tərəfindən dəstəklənirlər:
“Gərək, fermerlər də sığortasız iş görməsinlər Azərbaycanda bu sistem hələ populyarlaşmayıb. Bunun üçün dövlət daha geniş təşviq proqramları həyata keçirməli, maarifləndirmə işlərini artırmalı və fermerləri sığortanın faydalarına inandırmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.