Rusiyada partlayışlardan sonra “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb.
Sitat.info xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, avqustun 2-də Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb. O, “Qazprom”a məxsus qaz kəməri sisteminin bir hissəsidir və Türkmənistandan təbii qazı Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiyaya nəql edir.
Qeyd edək ki, bu boru kəməri Rusiya hərbi-sənaye kompleksinin bir sıra obyektlərini – Demixovski Maşınqayırma Zavodunu, MİQ Rusiya Təyyarəqayırma Korporasiyasını (1 nömrəli İstehsalat Kompleksi), “Maqnum-K” patron istehsalı zavodunu və başqa obyektləri enerji ilə təmin edir.
Əlavə edək ki, Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri ilə qaz nəqlinin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.