AZ

ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək

Avqustun 12-dən 20-dək Ermənistan ərazisində ABŞ ilə birgə hərbi təlimləri keçiriləcək.

 Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrika üzrə quru qoşunları, eləcə də Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq.

Əsas məqsəd beynəlxalq sülhməramlı əməliyyatlara hazırlıq çərçivəsində birgə fəaliyyətin təşkili, tibbi təxliyə prosedurlarının məşqi, əməliyyatların idarə olunması və taktiki əlaqənin təkmilləşdirilməsidir.

Qeyd edilir ki, Ermənistanın sülhməramlı bölmələri bu cür beynəlxalq təlimlərdə mütəmadi olaraq iştirak edir.

Seçilən
67
24
operativmedia.az

10Mənbələr