“Verona”nın mərkəz müdafiəçisi Daniele Gilardinin “Roma” klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İtaliya U-21 millisinin üzvü "canavarlar"a bonuslar istisna olmaqla 10,5 milyon avroya başa gəlib.
Yeni klubunda Gilardi 87 nömrəli formanı seçib.
O, geridə qalan A Seriyası mövsümündə “Verona”nın əsas mərkəz müdafiəçilərindən biri olub və 24 oyunda meydana çıxıb. Həmin qarşılaşmalarda qol və ya assistlə yadda qalmayıb.
İtaliya çempionatının yeni mövsümü 23 avqustda start götürəcək.